Yardımlı şəhər 4 Saylı Tam Orta Məktəbin tarix müəllimi Xamiyev Şamxal Balaşirin oğlunun təşəbbüsü ilə "Açıq səma altında Qobustan Milli Tarix-Bədii Qoruğu"na ekskursiya təşkil olunub. Həmin məktəbin Biologiya müəllimi Məmmədova Nərmin Elton qızı, Yardımlı şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Baba Bəhruz Vidadi oğlu və Yardımlı şəhər 4 saylı tam orta məktəbin 17 şagirdi ekskursiyada iştirak ediblər.
“Qobustan Milli Tarix-Bədii Qoruğu”nda gəzinti başa çatdıqdan sonra səfər Biləsuvar rayonunda doğulub boya - başa çatan Milli Qəhəmanımız Mübariz İbrahimovun ev muzeyinə olub, müəllim və şagirdlərimiz qəhrəmanımızın ailəsi ilə görüşdə Mübarizin həyat yolundan danışıblar.
Sonda isə şagirdlər Yardımlı rayonun billur guşələrindən biri olan Yardımlı şəlaləsində olublar.