07.09.2016

Yardımlı rayon Təhsil İşçilərinin Konfransı keçirilib

 2015 – 2016-cı dərs ilinin yekunları və 2016-2017- ci dərs ilində qarşıda duran vəzifələr”  barəsində Konfrans keçirlmişdir. Konfransın işində Yardımlı Raton Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə, Təhsil aparatının işçiləri, Rayon İcra Hakimiyyəti Başçısı  Ayaz Əsgərov, İcra Hakimiyyəti Başçısının Aparatının  nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Rayona yeni təyin olunmuş gənc mütəxəssislər, 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlar və  Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi  Pirəli Əliyev  iştirak etmişlər.

Konfrans öz işinə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin, Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və keçən dərs ili ərzində dünyasını dəyişən müəllimlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir.

Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri konfrans məruzəsində“2015 – 2016-cı dərs ilinin yekunları və 2016-2017- ci dərs ilində qarşıda duran vəzifələr”  haqqında çıxış etmişdir. Daha sonra Məktəb rəhbərləri, yeni təyin olunmuş gənc mütəxəssislər, tələbə adını qazanmış gənclər və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Pirəli Əliyev çıxışlar etmişlər.

Sonda Yardımlı Rayon İcra Hakimiyyəti Başçısı Ayaz Əsgərov çıxış edərək öz fikirlərini bildirmiş və təhsilin inkişafı üçün mühüm tövsiyyələrini  vermişdir.  Daha sonra Ayaz Əsgərov tərəfindən 500-dən yuxarı bal toplamış 22 nəfər məzuna fəxri fərmanlar və pul mükafatı verilmişdir