17.10.2018

"Şahin" hərbi idman oyunu keçirilib

Rayonun Çayüzü kənd tam orta məktəbində “Şahin” hərbi idman oyunu keçirilib.Oyunda yaxın məktəblərin IX-XI sinif şagirdləri iştirak edib. Şagirdlər oyuna dair müxtəlif idman hərəkətləri nümayiş etdirib və yarışıb.

Avaş kənd tam orta məktəbin komandası yarışda I yerə layiq görülüb. Qalib komanda Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif edilib.


Açar sözlər: ,  ,