19.04.2016

Təhsil şöbələrinin saytının və sosial şəbəkələrdəki səhifəsinin idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı təlim keçirilib

Aprelin 18-də rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının və sosial şəbəkələrdəki səhifəsinin idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı təlim keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən təlimdə Təhsil Nazirliyinin əməkdaşları, rayontəhsil şöbələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə iştirakçılara rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının və sosial şəbəkələrdəki səhifəsinin idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı informasiyalar verilib, sosial şəbəkələrdə şəhər və rayon təhsil şöbələrinin səhifələri üçün tələblər, sosial şəbəkələrdən istifadə və səhifələrin nizamlanması qaydaları izah olunub. Rayon təhsil şöbələrinin saytının idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi əyani olaraq göstərilib. Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb və müvafiq təkliflər dinlənilib.


Açar sözlər: ,  ,