30.05.2017

28 may Respublika gününə həsr olunmuş kross yarışı keçirilib

26 may 2017-ci il tarixdə Yardımlı rayonun ümumtəhsil məktəbliləri arasında 28 may Respublika gününə həsr olunmuş Kross yarışı keçirilib. Yarışa başlanmazdan əvvəl Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və idmançılara uğurlar arzulayıb. 

Yarışda Nisəqala kənd tam orta məktəbinin şagirdi I yeri, Şəfəqli kənd tam orta məktəbinin şagirdləri II-III yerləri, Honuba-Şıxlar kənd tam orta məktəbinin şagirdi isə IV yeri əldə edib. Qaliblər Təhsil Şöbəsi tərəfindən  mükafatlandırılıb.


Açar sözlər: ,  ,