18.12.2017

Rayonun ümumtəhsil məktəblərində şagirdlərin oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi üzrə tədbirlər davam etdirilir

Azərbaycan Respublikası Təhsil nazirinin 25.08.2017-ci il tarixli 254 nömrəli əmrinin icrası istiqamətində rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər davam etdirilir. Məktəblərdə əmrin icrası ilə əlaqədar Tədbirlər Planı tərtib və təsdiq edilmiş , qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Şagirdlərin oxu və yazı vərdişlərinin inkişaf etdirilməsi üçün fənn müəllimlıəri oxu həftələri, bədii qiraət gecələri , yaradıcı yazı günləri və digər bu kimi tədbirləri həyata keçirir. Rayonun Şəhər 1 nömrəli, Çayüzü, Dağüzü, Kürəkçi, Bozayran ,Nisəqala kənd tam orta məktəblərində bu sahədə aparılan işlər öz müsbət nəticəsini verməkdədir.