19.12.2017

Dekabrın 19-da UNİSEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan " İcma əsaslı məktəbəqədər təhsil" pilot layihəsinə dair hesabat tədbiri keçirilib

Hesabat tədbirini giriş sözü ilə açan Emin Əmrullayev həyata keçirilən layihə ilə bağlı ətraflı məlumat təqdim edib.Emin Əmrullayev bildirib ki, layihə çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib, hər icmaya orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub. İcmada iştirak edən valideyn məktəbəqədər təhsil qruplarında övladını könüllü şəkildə qeydiyyatdan keçirir və razılığa əsasən həftədə bir neçə gün 2-4 saat ərzində uşaqlara hazırlıq təşkil olunur. İcmalarda dərslər könüllü müəllimlər, məktəb işçiləri və ya valideynlər tərəfindən aparılır. Keçirilən dərslər mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış “İcma əsaslı məktəbəqədər təhsil proqramı” vəsaitinə əsaslanır.