19.02.2018

Peştəsər kənd ümumi orta məktəbinin müəllimi Sabir Bəşirovun kitabı çap edib

Yardımlı rayon Peştəsər kənd ümumi orta məktəbin müəllimi tanınmış ədəbiyyatşünas-filosof, fəlsəfə doktoru Sabir Bəşirov şəhid Şahlar Nəzərova həsr edilmiş kitab çap edib. Kitabda Vətənimizin bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş baş leytenant Şahlar Nəzərovun keçdiyi ömür yolundan bəhs olunur.

Qeyd edək ki, Şahlar Nəzərov 1990-cı ildə aprelin 25-də Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. 2005-ci ildə Peştəsər kənd məktəbinin IX sinfini bitirib. 2005-2008-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseydə , 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017-ci ildə fevralın 25-də erməni işğalçılarına qarşı döyüşdə qəhrəmancasına həlak olub


Açar sözlər: ,