22.02.2018

Təhsilyanı şura iclası keçirildi

22 fevral tarixində Yardımlı Rayon Təhsil Şöbəsi yanında növbəti şura iclası keçirildi. Şura iclasında " Keyfiyyət ili " çərçivəsində görülmüş və görüləcək işlər , fənn olimpiadalarının rayon mərhələsinin nəticələri , 9-cu siniflərdə buraxılış imtahanlarına hazırlıqla əlaqədar məsələlər müzakirə edildi. Qeyd olunan məsələlərlə bağlı bir neçə məktəb rəhbərinin hesabatı dinlənildi. Məsələlərlə bağlı qərarlar qəbul edildi.