02.04.2018

Rayonun qabaqcıl müəllimlərinin iş təcrübəsinin yayılması davam etdirilir

Köryədi kənd tam orta məktəbin qabaqcıl kimya-biologiya müəllimi İlham Cavadovun iş təcrübəsi yayılıb. Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin rəhbərləri, kimya-biologiya müəllimləri İlham Cavadovun dərslərində iştirak edir, onun iş təcrübəsi , fənn kabineti ilə yaxından tanış olurlar.

"Keyfiyyət ili" çərçivəsində belə tədbirlərə diqqət daha da artırılmış, qabaqcıl təcrübə nümunələri öyrənilib yayılmışdır. Gənc müəllimlərə dəstək istiqamətində bu kimi tədbirlər davam etdirilir.


Açar sözlər: ,  ,  ,