09.04.2018

Açıq dərs keçirilib

Şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Qədir Rufullayevin 8-ci sinifdə açıq dərsi təşkil edilib.Müəllim müasir dərsə verilən tələblərə uyğun, yaradıcı ,nümunəvi bir dərs prosesi həyata keçirib. Şagirdlərin fəallığı, hazırcavablığı Qədir müəllimin əməyinin nəticəsi kimi dəyərləndirilir

            Qədir müəllim rayonun qabaqcıl riyaziyyat müəllimlərindəndir. Müəllimin iş təcrübəsi öyrənilib və rayonun ümumtəhsil məktəblərində yayılıb. Qədir Rufullayevin yetirmələri respublikanın müxtəlif ali məktəblərinə yüksək balla qəbul olub. Onların bir neçəsi artıq müəllim kimi fəaliyyət göstərir.


Açar sözlər: ,  ,  ,