14.04.2018

Gənc müəllim fəlsəfə doktoru adına layiq görülüb

Şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Baba Bəhruz  tarix elmləri üzrə fəlsəfə doktoru adına layiq görülüb. Bu münasibətlə rayonun bütün təhsil işçiləri adından Bəhruz müəllimi təbrik edir, ona bundan sonra müəllimlik fəaliyyətində uğurlar arzulayırıq.

Qeyd edək ki, Baba Bəhruz 2009-cu ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini fərqlənmə diplomu ilə, 2011-ci ildə isə  magistraturanı fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə doktoranturaya daxil olub, 2015-ci ildə doktoranturanı bitirib. 14 aprel 2018-ci ildə tarix elmləri üzrə fəlsəfə doktoru adına layiq görülüb.

Bəhruz müəllimin Azərbaycanda və xaricdə “ Azərbaycan Səfəvilər dövlətinin Şirvan bəylərbəyliyinin inzibati və sosial iqtisadi tarixi” mövzusunda elmi məqaləsi çap olunub.


Açar sözlər: ,