16.04.2018

Azərbaycan Xalq Cunhuriyyətinin 100 illiyi qeyd olunub

Şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Dəyirmi masa” keçirilib. Məktəbin direktoru Xədicə Abdullayeva tədbiri giriş sözü açaraq XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklərin- yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin yaratdığından söz açıb.

Tədbirdə çıxış edən digər natiqlər 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən isqiqlal bəyannaməsinin qəbul edildiyindən, yeni qurulan Azərbaycan Xalq Cumhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdiyindən danışıblar.


Açar sözlər: ,  ,  ,