18.04.2018

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Ümummill lider Heydər Əliyevin anadan olmasının 95 iilik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib. Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə tər gül- çiçək dəstələri düzüblər. Şagirdlərin ifasında Azərbaycanın dövlət himni səslənib.

Daha sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən fotogüşələr, kitablar və maraqlı tarixi  faktlarla tanış olublar. Rayonun qabaqcıl müəllimləri şagirdlərə Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin inkişaf etməsi, çiçəklənməsi, dünyaya tanıdılması istiqamətində apardığı məqsədyönlü siyasətdən bəhs ediblər.


Açar sözlər: ,  ,