19.04.2018

"Sərhəd" hərbi idman oyunu üzrə rayon birinciliyi keçirilib

 Yardımlı rayon Çayüzü kəndində yerləşən sərhəd komendantlığında gənc nəslin vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə edilməsi və sərhədçi peşəsinə marağının artırılması məqsədilə Dövlət Sərhəd Xidmətinin N saylı Sərhəd Dəstəsinin, Yardımlı rayon Gənclər və İdman idarəsinin və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunu üzrə Yardımlı rayon birinciliyi keçirilib.

Yarışda rayonun ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdlərindən ibarət 11 komanda iştirak edib. Komandalar 8 mərhələ üzrə güclərini sınayıb və yekunda Çayüzü kənd tam orta məktəbin komandası I yerə, Zövün kənd tam orta məktəbin komandası II yerə, Cerinbel kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Çayüzü məktəbliləri zona mərhələsində iştirak etmək hüququ qazanıb.

Yarışın sonunda gənc sərhədçilərə diplomlar təqdim edilib.


Açar sözlər: ,  ,