20.04.2018

Bilik yarışı keçirilib

20 aprel tarixində Şəhər 2 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş bilik yarışı keçirilib.

Öncə şagirdlərə dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Yarışda 8-11-ci sinif şagirdlərindən ibarət 5 komanda iştirak edib. Şagirdlər Azərbaycan tarixi, ədəbiyyatı, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sualları cavablandırıblar. Yarışda 9-cu sinif şagirdlərindən ibarət “Ulduz” komandası I yerə layiq görülüb. Qalib komandaya diplom və hədiyyələr təqdim olunub.

 


Açar sözlər: ,  ,