26.04.2018

Şagirdlər tarix diyarşünaslıq muzeyinə ekskursiya ediblər

Yardımlı rayonun bir neçə ümumtəhsil məktəblərinin şagirdlərinin rayon tarix-diyarşünaslıq muzeyinə ekskursiyası təşkil edilib.

Şagirdlər muzeydə Yardımlının  qədim tarixini əks etdirən kitab nümunələri, fotoşəkillər, məişət əşyaları, qədim silah növləri ilə tanış olub. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguş, müxtəlif dövrlərdə yaşamış ictimai xadimlər,  qabaqcıl təhsil, səhiyyə və mədəniyyət işçilərinin fəaliyyəti şagirdlərin diqqətini cəlb edib.

Sonda şagirdlər muzeyin fəxri kitabına təəssüratlarını yazıblar.


Açar sözlər: ,  ,  ,