04.05.2018

Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində Şəhanə Baloğlanlı I yerə layiq görülüb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində Yardımlı rayonunun Vərgədüz kənd tam orta məktəbin XI sinif şagirdi Şəhanə Baloğlanlı I yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin ölkə mərhələsində bütün bölgələrdən olan 104 şagird iştirak edib. Şagirdlər Təhsil Nazirliyində yaradılmış işçi qrupun qarşısında 10 dəqiqəlik təqdimatla çıxış ediblər. Çıxışlar əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında maksimum 10 balla qiymətləndirilib.

Müsabiqənin nəticələrinə əsasən, şagirdlərə  Gülüstan Sarayında diplom, tərifnamə və qiymətli hədiyyələr veriləcək.