25.04.2016

"Təbiətlə Dost Olaq" adlı Biologiya gecəsi keçirilib

Yardımlı Şəhər 4 saylı tam orta məktəbinin biologiya müəllimi Məmmədov Nərmin Elton qızının təşəbbüsü ilə "Təbiətlə Dost Olaq" adlı Biologiya gecəsi keçirilib. Tədbirdə Yardımlı rayon Gənclər və İdman idarəsi və Yardımlı rayon Təhsil şöbəsinin nümayəndələri də iştirak etmişdir. Öncə tədbir iştirakçıları şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Daha sonra tədbirdə şagirdlərin ifasında insan sağlamlığına, təbiətin insan həyatındakı roluna aid maraqlı səhnəciklər nümayiş etdirilmişdir. 

Sonda tədbirdə fərqlənən şagirdlər Yardımlı rayon Gənclər və İdman idarəsinin fəxri diplomları ilə təltif edilmişlər.