15.05.2018

Şagirdlərin mütaliə vərdişləri inkişaf etdirilir

Şəhər 1 nömrəli tam orta məktəbdə ibtidai siniflərdə şagirdlərin mütaliə vərdişlərinin  vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Monitorinq zamanı məlum olub ki, şagirdlər müəllimlərin tövsiyyəsi ilə  müntəzəm olaraq məktəb kitabxanası ilə əlaqə saxlayır, yaş səviyyələrinə uyğun ədəbiyyatları mütaliə edirlər. Şagirdlərlə aparılan söhbət zamanı onların Azərbaycanın tarixi, mədəniyyəti, Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, təhsilə verdiyi töhvələr barədə kitabları oxuduqları məlum oldu.

Məktəbdə bu istiqamətdə müntəzəm iş aparılır.


Açar sözlər: ,