15.05.2018

"Əlifba" bayramı keçirilib

Şəhər 1 nömrəli tam orta məktəbdə “Əlifba” bayramı keçirilib. Tədbirin açılışı birincilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.

Daha sonra birincilər öyrəndikləri hərflərə dair maraqlı səhnəciklər nümayiş etdirib, vətən, müəllim, məktəb haqqında şeirlər, hikmətli sözlər söyləyiblər.

Tədbirdə məktəbin 11-ci sinif şagirdləri də iştirak edib və birincilərə xoş arzularını bildiriblər.

Sonda məktəbin direktoru Nəsimi Qurbanov “Əlifba” bayramı münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik edib. Müəllimlərin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqları yüksək qiymətləndirib. 11-ci sinif şagirdləri birincilərə hədiyyələr təqdim ediblər.


Açar sözlər: ,  ,  ,