17.05.2018

"Şəhid ömrü" mövzusunda tədbir keçirilib

Ostayır kənd tam orta məktəbdə məktəbin adını daşıdığı şəhid Mahir İmanovun doğum günü ilə əlaqədar tədbir keçirilib. Öncə şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Asəf Əliyev şəhidin keçdiyi həyat yolu, onun daim qürur hissi ilə yad edildiyindən söz açıb.

Daha sonra çıxış edənlər Mahir İmanovun göstərdiyi qəhrəmanlıqdan, vətənpərvərlik tərbiyəsindən danışıblar.

Şagirdlərin ifasında şəhidlərə, torpağa, vətənə aid şeirlər səslənib.          


Açar sözlər: ,  ,