31.05.2018

Əməkdaşlıq əlaqələri davam etdirilir

Rayonun bir qrup təhsil işçiləri “Pedaqoji əməkdaşlıq əlaqələri”çərçivəsində Masallı rayonunun İşgədərə və Bambaşı kənd tam orta məktəblərində olub. Məktəblərin fəaliyyəti, uğurları ilə tanış olunub.

Əməkdaşlıq əlaqələri əsnasında ustad dərslər keçirilib, qabaqcıl müəllimlərin iş təcrübəsi öyrənilib, bir sıra məsələlər, o cümlədən, istedadlı şagirdlərin potensialının artırılması istiqamətində aparılan işlər müzakirə edilib, təkliflər dinlənilib.


Açar sözlər: ,  ,