05.06.2018

Müəllimlər diaqnostik qiymətləndirmədə yüksək nəticə göstəriblər

Horavar kənd tam orta məktəbin tarix müəllimi Vüsal Canalizadə müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edərək 58 bal, Keçələkəran kənd ümumi orta məktəbin ingilis dili müəllimi Elza Quliyeva isə 56 bal toplayıb. Bu münasibətlə rayonun təhsil işçiləri adından hər iki müəllmi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!

Qeyd edək ki, Vüsal Canaliyev müəllimlərin işə qəbulu müsabiqəsində 50 bal toplayaraq 2017-2018-ci tədris ilində Horavar kənd tam orta məktəbinə tarix müəllimi təyin edilib. Qısa zaman ərzində kollektivdə özünə böyük nüfuz qazanıb və səmərəli fəaliyyəti ilə şagird və valideynlərin sevgisini qazanıb. Elza müəllim isə iki ildir ki, Keçələkəran kənd ümumi orta məktəbdə müəllim işləyir. Bacarıqlı, savadlı,fəal müəllim kimi özünü tanıdıb.

 


Açar sözlər: ,  ,