06.06.2018

Açıq dərs keçirilib

Şəhər 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi İlhamə Cəfərovanın Azərbaycan dilindən “Həftə sonu” mövzusunda açıq dərsi təşkil edilib. Məktəbin gənc müəllimləri açıq dərsdə iştirak edib. Müəllim dərsi müasir təlim metodlarının tələbləri səviyyəsində quraraq bütün mərhələləri əhatə edib.

            Açıq dərs müəllimlərin müzakirəsinə buraxılıb. Dərsə verilən tələblərin yerinə yetirilməsi, dərsin səmərəliliyi baxımından 10 ballıq şkala ilə qiymətləndirilib. Məktəbin direktoru Xədicə Abdullayeva gənc müəllimlərin belə təcrübəli müəllimlərin dərslərindən yararlanmağı tövsiyyə edib.


Açar sözlər: ,  ,