06.06.2018

Şagirdlərin oxu vərdişləri inkişaf etdirilir

Anzov kənd tam orta məktəbdə şagirdlərin oxu vərdişlərinin vəziyyətini öyrənmək məqsədilə məktəb rəhbərliyi monitorinq keçirib. 3-cü sinifdə Azərbaycan dili dərsində şagirdlərin oxu vərdişlərinin lazımı səviyyədə olduğu müşahidə olunub. Üzündən oxu zamanı sözlərin aydın və səlis tələffüz etdikləri onların müntəzəm olaraq mütaliə etdiklərindən xəbər verib. 

            11-ci sinifdə ədəbiyyat dərsi zamanı şagirdlərin oxu, intonasiya, sözlərin düzgün tələffüz qaydalarına riayət etdikləri məlum olub. Müəllim Sevil Hüseynovanın açıq dərsi zamanı şagirdlərin həmin fənnə sevgisi, Azərbaycan və dünya ədəbiyyatı barədə geniş məlumatları olduğu müşahidə edilib. Şagirdlər məktəb kitabxanasındakı ədəbiyyatlarla tanış olduqlarını, mütəmadi olaraq həmin ədəbiyyatları mütaliə etdiklərini bildirib.


Açar sözlər: ,  ,  ,  ,