11.06.2018

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Şəhər 2 nömrəli tam orta məktəbdə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir şagirdlərin ifasında Azərbaycanın Dövlət himinin səslənməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə məktəbin direktoru Xədicə Abdullayeva 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edilməsindən, yeni qurulan azərbaycan Xalq Cümhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifənin şərəflə yerinə yetirməsindən söz açdı.

Tədbirdə şagirdlərin ifasında müstəqiiliyə ,Vətənə, Azərbaycan bayrağına, torpağa aid şeirlər və musiqilər səsləndirildi. Tədbir şagirdlərin təqdim etdiyi fləşmobla başa çatdı.


Açar sözlər: ,  ,