07.09.2018

Məzunlar 600-dən yuxarı bal toplayıblar

Rayonun şəhər 1 nömrəli, Köryədi, Nisəqala, Alçabulaq kənd tam orta məktəblərinin hər birindən 1 nəfər məzun 600-dən yuxarı bal toplayraq Azərbaycan Dövlət Tibb Universitetinə və Bakı Dövlət Universitetinə qəbul olub. Adları qeyd olunan məktəblərdən hər ili neçə-neçə məzun ölkənin nüfuzlu universitetlərinə qəbul olur.

Qeyd edək ki, Nisəqala kənd tam orta məktəbindən 11 nəfər məzun ali məktəblərə sənəd verib, onlardan 10 nəfəri tələbə adını qazanıb .Hamarkənd məktəbindən isə 13 nəfər məzun sənəd verib,onlardan 10 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olub.

Məzunlarımızı və onların müəllimlərini təbrik edir, daha böyük nailiyyətlər arzulayırıq.


Açar sözlər: ,  ,