13.09.2018

Müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib

12 sentyabr tarixində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Rayon İcra Hakimiyyəti başçısı, Təhsil Nazirliyinin nümayəndəsi, idarə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.2017-2018-ci tədris ilinin yekunları və 2018-2019-cu tədris ilində qarşıda duran vəzifələr barədə Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə  nailiyyətlər və nöqsanlar  barədə geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxışlar dinlənilib. Ötən tədris ilinə dair məktəblərin keyfiyyət göstəriciləri müzakirə edilib.

RİH başçısı müəllimləri yeni dərs ili münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib. Sonda bir qrup qabaqcıl müəllim və yüksək bal toplayan tələbələrə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

 


Açar sözlər: ,  ,