13.09.2018

Təhsilyanı şuranın növbəti yığıncağı keçirilib

Rayon Təhsil Şöbəsi yanında təhsilyanı şuranın növbəti yığıncağı keçirilib.Yığıncaqda bir sıra məsələlər, o cümlədən, Təhsil Nazirliyinin ümumi təhsil sahəsində 2018-2019-cu tədris ilinin prioritet istiqamətləri barədə məktəb rəhbərlərinə məlumat verilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Buraxılış imtahanlarının nəticələri və ali məktəblərə qəbulla bağlı müzakirələr aparılıb. Yüksək nəticə göstərən məktəblərin rəhbərləri rəğbətləndirilib. Keyfiyyət faizi aşağı olan məktəb rəhbərlərinə ciddi xəbərdarlıq edilib. Onlara yeni tədris ilində yol verilən nöqsanların aradan qaldırılması tapşırılıb.

Sonda Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə yığıncaq iştirakçılarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara müvəfəqiyyətlər arzulayıb.