15.09.2018

"Bilik günü" qeyd edilib

Rayonun ümumtəhsil məktəblərində “Bilik günü” böyük təntənə ilə qeyd edilib. Keçirilən tədbirlərdə RİH nümayəndələri, RTŞ əməkdaşları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edənlər pedaqoji kollektivləri, valideynləri, şagirdləri, bu il I sinfə qədəm qoyan 6 yaşlıları təbrik edib, onlara uğurlar arzulayıblar.

Məktəb rəhbərləri ölkədə aparılan təhsil islahatları, dövlətin təhsilə göstərdiyi yüksək diqqət və qayğıdan söz açıb, təhsil işçilərinə göstərilən etimadın onların üzərinə böyük məsuliyyət qoyduğunu bildirib. Yeni dərs ilində qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


Açar sözlər: ,  ,  ,  ,