25.09.2018

Maarifləndirici seminar keçirilib

Rayonun köryədi kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin II-V-VI siniflərinin sinif rəhbərləri üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və rayon Təhsil Şöbəsinin birgə əməkdaşlığı ilə maarifləndirici seminar keçirilib.

Tədbirdə təbii fəlakətlər, texnogen qəzalar zamanı hərəkət qaydaları, zəlzələ zamanı nə etməli, “112” qaynar telefon xətti, yanğın təhlükəzliyi qaydaları, dəm qazı mövzularında çıxışlar edilmiş, suallar cavablandırılmışdır.

Sonda fövqəladə hallar zamanı hərəkət qaydalarını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

 


Açar sözlər: ,  ,