25.09.2018

Beynəlxalq Sülh Günü qeyd edilib

Rayonun ümumtəhsil məktəblərində 21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə silsilə tədbirlər keçirilib. Silsilə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq , bədii estetik səviyyələrini yüksəltməkdən ibarət olub. Tədbirlərdə şagirdlərin ifasında sülhə həsr edilmiş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

VI-XI sinif şagirdləri arasında “Bəşəriyyətə sülh gərək”, “Azərbaycan sülh tərəfdarıdır”, “Yurdda sülh, cahanda sülh” mövzularında rəsm müsabiqələri keçirilib. Sülh aylığı istiqamətində tədbirlər davam etdirilir.


Açar sözlər: ,  ,  ,  ,