02.10.2018

Azərbaycançılıq ideologiyasının təbliğinə həsr edilmiş tədbir keçirilib

Rayonun Avaş və Şəfəqli kənd tam orta məktəblərində azərbaycançılıq ideologiyasının təbliğinə dair geniş tədbir keçirilib.Tədbirdə RTŞ –nin əməkdaşları, məktəbin pedaqoji kollektivi,şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqillliyi, onun qorunub saxlanmasında Ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, dahi şəxsiyyətin azərbaycançılıq, dövlətçilik ideologiyasından söz açıb. Şagirdlərə Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş məlumat verilib, onun ölkədə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən bəhs edilib.


Açar sözlər: ,  ,