10.10.2018

"Narkomaniya bəşəri bəladır" mövzusunda maarifləndirici tədbir keçirilib

Rayonun Heydər Əliyev Mərkəzində “Narkomaniya bəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edənlər ölkəmizdə gənclərin sağlamlığına xüsusi diqqət yetirilməsindən, sağlam həyat tərzinin qorunmasından söz açıb. Şagirdlərə izah edilib ki, hazırki mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə ehtiyac vardır.

Sonda tədbir iştirakçılarına narkomaniyanın acı nəticələrindən bəhs edən videçarx nümayiş etdirilib.

 


Açar sözlər: ,  ,