17.10.2018

"Gerçəkliklər və perspektivlər" mövzusunda maarifləndirici tədbir keçirilib

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi ilə birgə “Gerçəkliklər və perspektivlər” mövzusunda maarifləndirici seminar keçirib. Seminarda rayonun ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri, psixoloqlar, həyat bilgisi fənnini tədris edən müəllimlər iştirak edib

Çıxış edənlər dini maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsilə aparılmasının vacibliyindən, dövlət-din münasibətlərindən, ölkədə dövlətin dinə göstərdiyi qayğıdan, məktəblərdə şagirdlərlə dinin bizim milli mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu daha ətraflı izah olunmasından  söz açıb.

Seminarda müxtəlif suallar cavablandırılıb, dinin elmi əsaslarından bəhs edilib.


Açar sözlər: ,  ,