19.10.2018

Maarifləndirici seminar keçirilib

Rayonun Köryədi kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimləri üçün maarifləndirici seminar keçirilib. Seminarın keçirilməsində məqsəd məktəblər arası idman növləri üzrə keçiriləcək respublika çempionatına hazırlıq işlərinin vəziyyətini öyrənmək, bu sahədə həyata keçirilməli olan tədbirləri daha səmərəli nəticəsinə nail olmaqdan ibarət olub. Seminarda iştirak edən Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə müəllimlərə hazırlıq işləri, idman sahəsində uğurları olan şagirdlərin çempionata hazırlanması, onlarla mütəmadi iş aparılmasının vacibliyi barədə müəllimlərə tapşırıq və tövsiyə verib.

Köryədi kənd tam orta məktəbin fiziki tərbiyə müəllimi Nazim Rzayev pedaqoji sahədə səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

 


Açar sözlər: ,  ,  ,