24.10.2018

Pilot layihənin müzakirəsi keçirilib

24 oktyabr tarixində rayonun Çayüzü kənd tam orta məktəbində “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi” ilə əlaqədar görülmüş işlərin müzakirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, üniversitetin bir qrup müəllimi, Rayon Təhsil şöbəsininn əməkdaşları , ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri, istedadlı şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan RTŞ-nin müdiri Manaf Səmədzadə pilot layihənin əhəmiyyəti, layihənin gələcəkdə də davam etdirilməsinin zəruri olduğu, layihədə iştirak edən müəllimlərin peşəkarlıq səviyyəsinin artması barədə danışıb.

Lənkəran dövlət Universitetinin rektoru Natiq İbrahimov müəllimlərin fəaliyyətini yüksək dəyərləndirərək onlara öz təşəkkürünü bildirib. TN-nin nümayəndəsi Rövşən Ağayev layihə çərçivəsində gələcəkdə həyata keçiriləcək tədbirlər barədə tövsiyələr verib.

Layihə çərçivəsində görülmüş işlər barədə hesabat təqdim olunub. Hesabat ətrafında müzakirələr edilib, təklif və tövsiyələr dinlənilib.


Açar sözlər: ,  ,  ,