30.10.2018

Fənn olimpiadalarına hazırlıqla bağlı tədbirlər həyata keçirilir

Rayonun ümumtəhsil məktəblərində şagirdlərin fənn olimpiadalarına hazırlığı ilə əlaqədar tədbirlər həyata keçirilir.İstedadlı şagirdlər müəyyənləşdirilmiş, fənlər üzrə sistemləşdirilib. Fənn müəllimləri bu istiqamətdə tədbirlər planı hazırlayıb, nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.

Şagirdlərin potensialının inkişaf etdirilməsi istqamətində əlavə məşğələlər təşkil edilib, onlar üçün xüsusi test tapşırıqları hazırlanıb. Rayonun qabaqcıl müəllimləri şagirdlərin fənn olimpiadalarında nəticə əldə etməsi , onların bu istiqamətdə rast gəldikləri çətinliklərin həllinin araşdırılması məqsədilə dəyirmi masalar təşkil edilib, müzakirələr aparılıb,tədbirlər müəyyənləşdirilib


Açar sözlər: ,  ,