02.11.2018

Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilib

Rayonun Çayüzü kənd tam orta məktəbində Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirilib.Tədbirdə rayonun bir qrup təhsil işçiləri, məktəblilər, rayon ağsaqqalları, Böyük Vətən Müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə  Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Çayüzü kənd tam orta məktəbinin direktoru H.Əhmədov Azərbaycan Respublikası Prezidentinin M.Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamından və Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrindən irəli gələn vəzifələrin ümumtəhsil məktəblərində yüksək səviyyədə yerinə yetirilməsi və bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsi barədə məlumat verİb.

Rayon veteranlar şurasının sədri, Böyük Vətən Müharibəsi iştirakçısı H.Vəliyev qəhrəmanın şərəfli həyat yolundan söz açıb. H.Vəliyev qeyd edib ki, M.Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb.

Çıxış edənlərdən rayon ağsaqqallar şurasının sədri M.Mənsimov, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Ə.İsgəndərov , Çayüzü kənd folklor klubunun metodisti F.Mahmudov və başqaları M.Hüseynzadənin Azərbaycan xalqının zəngin tarixi hünər səlnaməsinin şanlı səhifəsini yazmasından bəhs edib.

Məktəblilərin ifasında qəhrəmanlıq şeirləri səsləndirilib.Sonda M.Hüseynzadənin qəhrəmanlıqlarından bəhs edən sənədli film nümayiş etdirilib


Açar sözlər: ,