12.11.2018

Şahmat yarışı keçirilib

Şəhər 1 nömrəli tam orta məktəbdə məktəblilər arasında şahmat yarışı keçirilib. Yarışa rayonun dörd ümumtəhsil məktəbindən 55 nəfər şagird iştirak edib. Yarışın təşkilində əsas məqsəd məktəblilər arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarətdir.

Turnirin nəticələrinə əsasən şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri I, şəhər 2 nömrəli məktəbin şagirdləri II, Dəlləkli kənd ümumi orta məktəbin şagirdləri isə III yerə layiq görülüb. Qaliblər diplom və medallarla təltif olunub.

 


Açar sözlər: ,  ,