30.01.2019

"Milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib

30 yanvar 2019-cu il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayonun ümumtəhsil məktəblərinin qabaqcıl gənc müəllimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Komitənin Masallı bölgəsi  üzrə şöbə müdiri Miryahya bədirov açaraq dinimizə yad təsirlərə qarşı mübarizədə ağsaqqallar və ziyalıların rolundan danışıb.

Komitənin məsul işçisi Tural Əliyevin “İslamda sülh və vəhdət” mövzusunda mühazirəsi dinlənilib. Tədbirdə çıxış edən gənc müəllimlər bu gün şagirdlərə milli mənəvi dəyərlərin aşılanması, onlarda bu dəyərlərə hörmət, sevgi hissinin yaradılmasında üzərlərinə düşən vəzifələrdən söz açıb

 

 

 

 

 

 


Açar sözlər: ,  ,