15.02.2019

Öz peşəsinə həmişə hörmətlə yanaşan müəllim

Rayonun Qabaqdibi kənd tam orta məktəbinin riyaziyyat müəllimi Nəriman Adışov rayonun qabaqcıl riyaziyyat müəllimlərindəndir. Nəriman müəllim müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində rayon üzrə öz ixtisasından ən yüksək nəticə əldə edərək 58 bal toplamışdır.

Nəriman Adışov 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mexanika fakultəsini bitirmişdir. 1991-ci ildə yenidən sənəd verərək Azərbaycan Pedaqoji Universitetinin riyaziyyat fakultəsinə qəbul olmuşdur. 1992-ci ildən Qabaqdibi kənd tam orta məktəbində fəaliyyət göstərir. Onun neçə-neçə yetirmələri respublikanın müxtəlif ali təhsil ocaqlarını bitirmiş və mütəxəssis kimi çaılışırlar. Bu gün Nəriman müəllim rayonun gənc müəllimlərinə bir örnəkdir. Gənc müəllimlər onun açıq dərslərində iştirak edir və təcrübəsindən yararlanırlar.