26.02.2019

Xocalı faciəsinin iyirmi yeddinci ildönümü qeyd edilib

Rayonun ümumtəhsil məktəblərində Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Məktəblərin pedaqoji kollektivləri və şagirdlərin iştirakı ilə dəyirmi masalar,ədəbi-bədii gecələr təşkil edilib, şagirdlərin ifasında kompozisiyalar təqdim edilib.  Xocalı faciəsini əks etdirən filmlər nümayiş etdirilib.

Rayonun şəhər 1 nömrəli tam orta məktəbində keçirilən “dəyirmi masa”da məktəbin tarix müəllimi Baba Bəhruz tədbir iştirakşılarına erməni işğalçılarının tarixən törətdikləri vəhşiliklər, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı barədə geniş məlumat verib. Tədbirdə çıxış edən məktəbin direktoru Nəsimi Qurbanov ermənilərin xalqımıza qarşı törədikləri amansızlıqlar , minlərlə insanların evindən-eşiyindən didərgin düşməsi, Xocalı faciəsinə hələ də hüquqi qiymətin verilməməsindən söz açıb.

Məktəblilər, rayonun təhsil ictimaiyyəti Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar “Şəhidlər xiyabanı”nı ziyarət edib, şəhidlərin məzarı önünə əklillər düzüb.


Açar sözlər: ,  ,