06.03.2019

Təhsil nazirinin müavini ümumtəhsil məktəbində olub

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayonun bir neçə ümumtəhsil məktəbində təlim tərbiyə prosesi ilə yaxından tanış olub. Nazir müavini məktəbəhazırlıq qruplarının fəaliyyəti, 5 yaşlıların ümumi dünyagörüşü ilə maraqlanıb.

Məhəbbət Vəliyeva rayonun Çayüzü kənd tam orta məktəbində məktəblilərin nailiyyətlərindən ibarət təşkil olunmuş sərgi ilə tanış olub, istadadı ilə fərqlənən şagirdlərlə söhbət aparıb.

Rayonun sərhədyanı kəndlərindən olan Avaş kənd tam orta məktəbində pedaqoji kollektiv və şagirdlərlə görüşən Məhəbbət Vəliyeva ölkədə təhsil siyasətinin uğurla həyata keçirilməsi, hər bir şagirdin dövlətin nəzarətində olması barədə danışıb.

Şəhər 1 nömrəli tam orta məktəbində buraxılış sinif şagirdləri ilə görüşündə gənclərə peşə yönümü istiqamətində öz məsləhət və tövsiyələrini verib. Sonda məktəb rəhbərləri ilə görüşən  nazir müavini məktəbəhazırlıq qruplarının şəbəkəsinin genişləndirilməsi, buraxılış siniflərində zəif şagirdlərlə əlavə məşğələlərin təşkil edilməsi, dərs proseslərinin şagirdlərinin təfəkkürün inkişaf etdirilməsi istiqamətində qurulması və digər zəruri məsələlərə toxunub.


Açar sözlər: ,  ,