13.03.2019

"Ən yaxşı təqdimat" müsabiqəsinin rayon nərhələsi keçirilib

Rayonun Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqədə 65 nəfər 9-11-ci sinif şagirdi iştirak edib.

Şagirdlər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu, respublikada həyata keçirdiyi irimiqyaslı layihələr , o cümlədən ordu quruculuğu, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı haqqında geniş məlumat verib.

Şagirdlərin 10 dəqiqəlik təqdimatlarını 5 nəfərdən ibarət komissiya üzvləri dinləyib. 2 gün davam edən müsabiqənin qalibi komissiyanın verdiyi rəyə əsasən Şəfəqli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Nərimanlı Rəfiqə müəyyənləşdirilib. Ən yaxşı təqdimatı ilə seçilən şagirdlər Rayon Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif edilib.

.