04.04.2019

Təhsilin keyfiyyət göstəriciləri artırılır

Rayonun Çayüzü kənd tam orta məktəbində təhsilin keyfiyyət göstəricilərinin artırılması istiqamətində səmərəli tədbirlər həyata keçirilir.                                                                                                          2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə dair məktəbin tədbirlər planı təsdiq edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Məktəbin pedaqoji kollektivi şagirdlərin bilik səviyyəsinin artırılması, istedadlı şagirdlərlə işin təşkili, fənn olimpiadalarına və buraxılış imtahanlarına hazırlıqla əlaqədar məktəbdə əlavə məşğələlər təşkil edib. Adı gedən məsələlər ilboyu nəzarətdə saxlanılıb.

Ayrı-ayrı fənlərin tədrisi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər planı hazırlanıb, fənn müəllimləri təlim tərbiyə prosesinin daha səmərəli həyata keçirilməsi üçün innovativ fəaliyyət nümayiş etdirib. İKT-nin imkanlarından geniş istifadə olunması şagirdlərin dünyagörüşünün artırılmasına zəmin yaradıb.

Aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq məktəbin 9-cu sinif şagirdi Rzazadə Mahirə Respublika fənn olimpiadalarının zona mərhələsində uğurlu nəticə əldə edərək respublika mərhələsinə vəsiqə qazanıb.