06.04.2019

Zona mərhələsində II yerə layiq görülüblər

Məktəblilər arasında respublika çempionatının proqramına uyğun olaraq şahmat idman növü üzrə Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində keçirilən zona yarışına yekun vurulub. Yarışda Astara, Lənkəran Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala,Cəbrayıl rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışın nəticəsi olaraq I yerə Biləsuvar rayonu 1 nömrəli, II yerə Yardımlı rayonu 1 nömrəli, III yerə Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbinin komandaları layiq görülüb. Komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunub.

Çempionatın əsasnaməsinə uyğun olaraq yarışda I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.  

 


Açar sözlər: ,  ,