13.05.2016

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyi keçirilib

Yardımlı şəhər stadionunda Yardımlı Rayon Təhsil Şöbəsi, Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi  və Yardımlı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyi keçirilmişdir.

Yarışda Yardımlı Şəhər 1, 2, və 4 nömrəli, Köryədi kənd , Gavran kənd, Urakəran kənd, Avaş kənd və Ostair kənd tam orta məktəbləri komandaları güclərini sınamışdır.

İlk öncə şagirdlərin ifasında Azərbaycan Respublikası  Dövlət Himni səslənmiş. Daha sonra yarışa start verilmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışlarda  Yardımlı şəhər 1 nömrəli  tam orta məktəbi I, Yardımlı Şəhər 2 nömrəli tam orta məktəbi II, Yardımlı şəhər 4 nömrəli  tam orta məktəbi III və Köryədi kənd tam orta məktəbi həvəsləndirici  yeri tutmuşdur.

Yarışda fərqlənmiş komandalar diplomlarla  təltif olunmuşdur.

Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsində iştirak hüququ əldə etmişdir.


Açar sözlər: ,  ,  ,