26.04.2019

"Oxu günü" ilə əlaqədar tədbir keçirilib

Rayonun Heydər Əliyev  parkında “Oxu günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycanın görkəmli şair və yazıçılarının əsərləri ilə tanış olub, maraqlı məlumatlar əldə edib. Şagirdlərin ifasında şeir parçaları və musiqilər səsləndirilib, əl işləri nümayiş etdirilib.

Tədbir əsnasında  şagirdlərə kitab oxumağın faydaları, mütaliənin insan həyatındakı müsbət rolu barədə məlumatlar verib. Onlara izah olunub ki, mütaliə vərdişi olan insanların istər dünyagörüşü, istər söz ehtiyyatı, istərsə yaradıcılıq qabiliyyəti zəngin olur.

Tədbirdə şagirdlərə dünya və Azərbaycan ədəbiyyatından seçmələr, müxtəlif ensiklopediylar təqdim edilib. Şagirdlər bir-birlərinə kitab hədiyyə edib.


Açar sözlər: ,  ,